respublikainfo

Paşinyan Putinin təklifini rədd etdi?

7-05-2026, 15:28

Paşinyan Putinin təklifini rədd etdi?

Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan mayın 9-da Rusiya paytaxtında baş tutacaq Qələbə Günü paradına qatılmayacaq.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir bu barədə Nazirlər Kabinetinin iclasının ardınca təşkil olunan brifinq zamanı məlumat verib.

Hökumət rəhbəri qeyd edib ki, hələ aprelin 1-də Moskvaya etdiyi səfər və Rusiya lideri Vladimir Putinlə danışıqları vaxtı seçki kampaniyası ilə əlaqədar tədbirə gələ bilməyəcəyini söyləyib.

"Buna görə də mən bu barədə daha öncə məlumat vermişdim", - deyə N.Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri 2025-ci ildə Qələbə Gününün 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 45}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17