Hindistanda yeni yayılan Nipah virusunun əsas təhlükəsi nədir
![]()
Rusiya Elmlər Akademiyasının akademiki, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Qintsburq Hindistanda yeni yayılan Nipah virusunun xüsusi təhlükəsinin nədən ibarət olduğunu izah edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Vzqlyad" nəşrinə verdiyi müsahibədə danışıb.
Epidemioloqun sözlərinə görə, bu yeni və qorxulu xəstəlikdən sağalma yalnız insanın immunitetindən asılıdır.
"Bu virus xüsusilə təhlükəli infeksiyaların törədiciləri sırasına daxildir və ona qarşı dərman mövcud deyil. Əgər immunitet zəifdirsə, virus ağırlaşmalara, sepsisə, ağciyərlərin iltihabına, meningitə səbəb ola və ölümlə nəticələnə bilər", - deyə Qintsburq bildirib.
Qeyd edək ki, Nipah virusu heyvanlar və insanlar arasında yayılır, eyni zamanda, insandan insana da keçə bilər. Hindistanda bir çox insan yarasalar vasitəsilə yoluxur. İnsanlarda virus asimptomatik infeksiya və ya kəskin tənəffüs xəstəliyi kimi özünü göstərə bilər. Simptomlara qızdırma, başağrısı, əzələ ağrıları, qusma və boğaz ağrısı daxildir və ağır hallarda beyin iltihabı iki gün ərzində komaya səbəb ola bilər.
"Nipah virusu" teqi üzrə xəbərlər
Azərbaycanda Nipah virusuna yoluxma halları var? - RƏSMİ
Yeni epidemiya qapıda: Hindistanda sağalmaz virus yayılır
Yoluxanların 70 faizinin ölümü ilə nəticələnən təhlükəli virusa qarşı universal "silah" tapıldı
Alimlərdən həyəcan təbili: Pandemiya yarada biləcək iki yeni virus aşkarlandı
Dünyanın ən ölümcül virusu Hindistanda daha bir can aldı: ÜST-dən həyəcan təbili
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 67}